Dollar ucuzlaşa bilər

Dollar ucuzlaşa bilər

ABŞ-ın mərkəzi bankı kimi çıxış edən Federal Ehtiyat Sistemi (FES) sentyabrın 17-18-də keçirilən ikigünlük iclasının sonunda uçot dərəcəsini 50 baza bəndi – illik 4.75-5.25% səviyyəsinə endirib.

Axaraz Oxu.az-a isinadən xəbər verir ki, bu, 2020-ci ilin martından bəri ilk azalmadır.

ABŞ-də bir ildən artıq müddət ərzində bu göstərici son 20 ilin maksimum həddinə çatdırılıb və 5.25-5.5% səviyyəsində olub. FES 2023-cü ilin iyul ayından etibarən faizləri bu səviyyədə saxlayıb.

FES-in faizlərlə bağlı növbəti iclası 6-7 noyabr tarixlərində baş tutacaq.

Qeyd edək ki, uçot dərəcəsi dünya üzrə ABŞ dollarının dəyərini müəyyənləşdirir. Onun azalması valyutanı ucuzlaşdıra bilər.

Teqlər: