Çin yuanının populyarlığının artması ilə ABŞ dollarının dominantlığının sonu yaxınlaşır.
AzerTimes xəbər verir ki, bu sözləri “Röyters”ə açıqlamasında VTB Bankın rəhbəri Andrey Kostin deyib.
O bildirib ki, indiki geosiyasi vəziyyətdə bir çox ölkələr ABŞ valyutası və avrodan kənar hesablaşmalara, Çin isə valyuta məhdudiyyətlərinin aradan qaldırılmasına doğru irəliləyir:
“ABŞ dollarının dominantlığının uzun tarixi dövrü başa çatmaq üzrədir. Çin anlayır ki, yuanlarını konvertasiya olunmayan valyuta kimi saxlasalar, dünyanın bir nömrəli iqtisadi gücünə çevrilməyəcək”.