Doktoranturaya sənəd qəbulunun vaxtı uzadılıb

Ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu
prosesinin vaxtı uzadılıb.

Təhsil Nazirliyindən
Trend
-ə verilən məlumata görə, proses 10 may saat 23.59–da
bitəcək.

Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq
istəyən şəxslər (dissertantura daxil olmaqla) xarici dil
imtahanında iştirak üçün portal.edu.az səhifəsində “Şəxsi kabinet”
açmalıdır. Namizədlər “Ali və orta ixtisas təhsili müəssisələrinə
təhsilalan qeydiyyatı” xidməti vasitəsilə qəbul olmaq istədiyi və
eyni zamanda “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə
qoşulmuş təhsil müəssisəsinə müraciət göndərməlidirlər. Nəticə
olaraq müraciət göndərilən müəssisə tərəfindən “İmtahana buraxılış”
statusu təyin edilərək müraciətçilərin “Şəxsi kabineti”ndə əks
olunacaq.

Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək xarici dil
imtahanına “Şəxsi kabinet”ində “İmtahana buraxılış” statusu təyin
edilməmiş şəxslər buraxılmayacaq.

Teqlər: