Nazirlər Kabineti tərəfindən “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilib.
AzerTimes xəbər verir ki, Baş nazir Əli Əsədovun bununla bağlı imzaladığı qərara əsasən, doktoranturaya illik qəbul və dissertantların təhkimolunma planları ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların sifarişləri əsasında onların tabe olduqları müvafiq qurumlar tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunur, Azərbaycan Milli Elmlər Akademiyasının və Təhsil Nazirliyinin rəyləri əsasında hər il aprelin 1-dək təsdiq edilir.
Doktoranturaya qəbul hər ilin iyun (xarici dil imtahanı) və sentyabr (fəlsəfə və ixtisas fənnindən imtahanlar) ayları ərzində keçiriləcək.