Doğumu dövlət qeydiyyatına alınmayan uşaqların sayı açıqlanıb

Son 5 il ərzində qeydiyyat şöbələri tərəfindən əvvəlki illərdə
doğulmuş və doğumu dövlət qeydiyyatına alınmamış uşaqların
doğumunun qeydə alınmasına dair statistika açıqlanıb.

AzerTimes-ın məlumatına görə, Ədliyyə Nazirliyinin İnsan Hüquqları
və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova
“Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri
təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə bildirib ki,
2018-ci ilə 2167 belə hal olub:

“Onlardan 2054-ü aşkarlanıb, 2019-cu ildə bu rəqəm 1980 olub,
1813-ü aşkarlanıb. 2020-ci ildə doğumu qeydə alınmayan uşaqların
sayı 1312 olub, onlardan 1205 fakt aşkar edilib. 2021-ci ildən
sonra isə bu hallar müəyyən qədər azalıb. 2021-ci ildə 972-i uşağın
doğum haqda qeydiyyatı olmayıb, onlardan 937-i aşkar edilib. Bu il
mayın 1-ə qədər isə bu rəqəm 421-dir. Onlardan 449-u aşkar edilərək
qeydiyyata götürülüb”.

Teqlər: