Hər oyuna qələbə istəyi ilə çıxırıq. Son 3 matçda nəticə qazana bilməsək də, yığma məzmunlu oyun nümayiş etdirir.
AzerTimes xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş İsveç seçməsinə qarşı keçirəcəkləri Millətlər Liqasının oyunundan öncə keçirilən mətbuat konfransında deyib.
“Millimizin oyunları göstərir ki, doğru yoldayıq. Sabahkı görüşdə müdafiə olunmaq barədə yox, hücum etməyi düşünürük. İnanıram ki, tez bir zamanda uğursuzluqdan çıxacağıq”, – Santuş bildirib.
Qeyd edək ki, noyabrın 19-da “Friends Arena”da saat 23:45-də İsveç – Azərbaycan matçı start götürəcək.