Dnestryanı məsələnin həlli yalnız Ukraynanın Rusiya ilə müharibədə qələbəsindən sonra mümkündür.
AzerTimes xəbər verir ki, bunu Moldova Parlamentinin Milli Təhlükəsizlik, Müdafiə və İctimai Asayiş üzrə Daimi Komissiyasının üzvü Andrian Kaptonar bildirib.
“Biz Dnestryanı münaqişənin yalnız sülh yolu ilə həll oluna biləcəyini düşünürük, lakin bu, Ukraynanın Rusiyaya qarşı qanlı müharibədə qələbəsindən sonra mümkündür”, – A.Kaptonar qeyd edib.