Dneprə raket hücumu: ölənlərin sayı 23-ə çatdı

Dneprə raket hücumu: ölənlərin sayı 23-ə çatdı

Ukraynanın Dnepr şəhərində hündürmərtəbəli binaya raket hücumu nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.

AzerTimes xəbər verir ki, bu barədə Dnepr Şəhər Şurası məlumat yayıb.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, biri uşaq olmaqla 23 nəfər ölüb, 13-ü uşaq olmaqla isə 72 nəfər xəsarət alıb.

Qeyd edək ki, ötən gün Rusiya hərbçiləri Dneprdə yaşayış binasına raket zərbəsi endirib.

Teqlər: