Ötən gün axşam saatlarında Ukraynanın Dnepr bölgəsində partlayış səsləri eşidilib.
AzerTimes xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Teleqram kanalları yayıb.
Məlumata görə, İrana məxsus PUA-lar bölgə üzərində görüntülənib.
Prezident Aparatının rəhbəri Andrey Yermak da öz növbəsində hava hücumundan müdafiənin işlədiyini bildirib.
Sakinlərdən sığınacaqlarda qalmağa və Ukrayna qoşunlarının işi və hərəkəti haqqında məlumat paylaşmamağa çağırılıb.