DMX rəisi Əli Yerliqaya ilə görüşdü

DMX rəisi Əli Yerliqaya ilə görüşdü

Paytaxt Ankarada səfərdə olan Azərbaycanın Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Türkiyənin daxili işlər naziri Əli Yerliqaya ilə görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiriliyi məlumat yayıb.

“Ankarada səfərdə olan Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Türkiyə Respublikasının daxili işlər naziri Əli Yerliqaya ilə görüşüb. Tərəflər iki ölkə vətəndaşlarının qarşılıqlı hərəkətliliyi və ikitərəfli əməkdaşlığa dair məsləhətləşmələr aparıblar”, – diplomatik missiyanın sosial şəbəkə hesabında diqqətə çatdırılıb.

Teqlər: