Dmanisidə zəlzələ baş verdi

Dmanisidə zəlzələ baş verdi

Avqustun 24-də axşam saatlarında Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Dmanisi rayonunun ərazisində zəlzələ baş verib.

AzerTimes xəbər verir ki, bu barədə Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzindən məlumat verilib.

Bildirilir ki, yeraltı təkanlar Dmanisidən 9 kilometr cənub-şərqdə yerləşən Sakireti kəndi yaxınlığında 4,1 bal gücündə olub.

Qeyd edək ki, Gürcüstan orta seysmik aktiv zona hesab olunur.

Gürcüstanda ən güclü zəlzələ 1991-ci ildə Raça və İmereti bölgələrində 7 bal gücündə olub.

Zəlzələ nəticəsində 200 nəfər ölüb, 46 mindən çox ev, ictimai və sənaye obyekti dağılıb.

Teqlər: