Diz ağrıları çox səbəbdən ola bilər. Əgər iltihab, artroz və ya sümük ağrıdırsa, bu resept köməyinizə çata bilər. Resept sovet dövründən qalıb.
AzerTimes Medicina.az-a istinadən həmin resepti təqdim edir:
1 çay qaşığı iri duz, 1 çay qaşığı soda, 1 xörək qaşığı təmiz bal və 7 damcı yod əlavə edilib qarışdırılır. Ayaqlar, dizlər isti vanna buxara verilir ki, dəri istilənsin. Sonra bu qarışım dizlərə yaxılıb, şarfla, isti sarınır. 15 dəqiqə sonra yuyulur.
İstifadəçilərin fikrincə, 5 seans kifayət edir ki, ağrılar olmasın.