Divarda və tavanda gəzən robot it – Video

Divarda və tavanda gəzən robot it – Video

Koreyanın aparıcı elm və texnologiya institutunun mühəndisləri divarda və hətta tavanda gəzən MARVEL qeyri-adi robot it hazırlayıblar.

AzerTimes xəbər verir ki, robotun sirri onun elektromaqnit pəncələrindədir. Bunlar metal səthlərdə qalmağa imkan verir.

Prototip saniyədə 0,7 metrə qədər sürətlə hərəkət etmək, çıxıntılı manelərin üzərindən keçmək və 3 kq-a qədər yük daşımaq qabiliyyətinə malikdir.

Mühəndislərin fikrincə, belə bir robot gələcəkdə körpülərdə, sənaye rezerlərində və binalarda təmir işləri zamanı faydalı ola bilər.

Teqlər: