Distant təhsilə keçən məktəblərdən biri açılıb

Xəbər - Çingiz Səfərli – Trend:

245 nömrəli tam orta məktəbdə əyani tədris bərpa olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzerTimes-a verilən məlumata görə, oktyabrın 29-da paytaxtdakı 245 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa olunub.

Belə ki, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş 14 günlük karantin müddəti oktyabrın 29-da başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

Teqlər: