“Disney” Rusiya saytını, həmçinin Yutub kanalını və rusiyalı istifadəçilər üçün sosial media hesablarını silib.
AzerTimes xəbər verir ki, bu barədə “GameMag” məlumat yayıb.
Məlumata görə, “Disney.ru” saytına daxil olmaq istəyəndə istifadəçilər Amerika saytına keçid alırlar.
Qeyd edək ki, mart ayında “Disney” Rusiya bazarını tərk etdiyini və bundan sonra filmlərini rus dilinə dublyaj etməyəcəyini açıqlamışdı.