Bəzi hallarda məktəb direktorları təhsil müəssisəsinin keyfiyyətini süni şəkildə artırmaq üçün aşağı nəticə göstərən şagirdləri uzaqlaşdırırdılar.
AzerTimes xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
“Hesab edirəm ki, şagirdlər həmin məktəbdə oxumalıdırlar. Yeni qərarla məktəb direktorları həmin şagirdləri məktəbdə saxlamaqda maraqlı olacaqlar”, – nazir bildirib.