Direktor valideynlərlə müqavilə bağlamaq istədi… – Foto

Direktor valideynlərlə müqavilə bağlamaq istədi… – Foto

Təhsil müəssisəsi ilə valideynlər arasında şagirdlərin nizam-intizam qaydalarına riayət etməsi ilə bağlı müqavilənin bağlanması məqsədə uyğun deyil.

AzerTimes Report-a istinadən xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, məktəbin idarəolunmasında, şagirdlərin nizam-intizam qaydalarına riayət etməsi ilə bağlı proseslərdə valideynlərin aktiv iştiraklarının artırılması təhsil prosesinin daha səmərəli təşkilində mühüm rol oynasa da, valideynlə əlavə müqavilənin bağlanması ilə bağlı müəssisənin müvafiq təşəbbüsünə İdarə tərəfindən müsbət yanaşılmır və bu təcrübənin aradan qaldırılması tapşırığı verilib:

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə müvafiq olaraq, valideynlərin vəzifələri qanunla müəyyənləşdirilib. Digər vəzifələrlə yanaşı, bu vəzifələr arasında təhsilalanın təhsildən yayındırılmaması, ümumi təhsil müəssisəsinin daxili nizam-intizamına riayət edilməsi və digər mühüm məsələlər yer alır. Qeyd edirik ki, qanunla tənzimlənən bu cür məsələlərdə müəssisə və valideynlər arasında əlavə olaraq müqavilənin bağlanması uyğun deyil”.

Qeyd edək ki, Xırdalan şəhəri 1 nömrəli məktəbin rəhbərliyinin valideynlərə nizam-intizamla bağlı müqavilənin imzalanmasını təklif etməsi ilə bağlı məlumat yayılıb.

Teqlər: