Direktor təyinatı üçün Təhsil şöbəsinin müdirinə 17 min rüşvət verdim – Şahid

Xəbər - Samir Əli – Trend:

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cəlilabad rayon İcra
Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə
məhkəmə prosesi davam etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Xamməd Nuriyevin sədrlik etdiyi
prosesdə məktəb direktorları ifadə verib.

Direktorlar sabiq icra başçısına rüşvət vermədiklərini
bildiriblər.

Şahidlərdən iki nəfər Rayon Təhsil Şöbəsinin sabiq müdiri
Qərənfil Əhmədovaya təyinat üçün 15 min və 17 min manat rüşvət
verdiklərini bildiriblər. Proses martın 18-də davam
etdiriləcək.

Xatırladaq ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq icra
başçısı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən
xüsusi əməliyyatla həbs olunub.

Teqlər: