Rusiya qoşunları Milad və Yeni il bayramlarında Ukraynaya yeni raket zərbələri endirə bilər.
AzerTimes xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezidenti Vladimir Zelenski çıxış edib.
“Yaxınlaşan bayram mövsümündə rus terrorçuları yenidən aktivləşə bilər. Onlar xristian dəyərlərinə və ümumiyyətlə, istənilən dəyərlərə xor baxır. Buna görə də lütfən, hava hücumu siqnallarına diqqət yetirin, bir-birinizə kömək edin və bir-birinizin qayğısına qalın”, – Zelenski xalqa müraciətində bildirib.