
Aldığımız məlumatlara əsasən məktəblərdə kiçik konfet və şirniyyat (ayı və digər) şəklində narkotik vasitələr yayılmaqdadır.
Şəkildə görüntülənən həmin tip narkotik vasitələrdəndir.
Xüsusilə məktəblilərin valideynlərin və müəllimlərin diqqətli olmaları tövsiyə olunur.
Bununla bağlı aidiyyəti qurumlara müraciətlər edilib və qısa zamanda Daxili İşlər Nazirliyindən rəsmi məlumat gözlənilir.
* 11:55
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov məsələ ilə bağlı bildirib ki, sosial şəbəkələrdə ölkə ərazisində məktəblərdə şagirdlərə narkotik vasitə təklif edilməsi ilə bağlı paylaşılan məlumatlar həqiqəti əks etdirmir.
Polis əməkdaşları tərəfindən bu paylaşım tam və hərtərəfli araşdırılıb, müəyyən olunub ki, həmin paylaşım xarici ölkələrdən birinə aid internet resurslarında yayılıb.