Ölkədə son 5 il ərzində sadəlövh və sənədləşmə sahəsində savadı olmayan vətəndaşlara kütləvi şəkildə iş adı altında VÖEN qeydiyyatdan keçdirərək, etibarnamə almaqla, vətəndaşların adına külli miqdarda biznes fəaliyyəti göstərməklə vergi borcları yüklənilir. Xüsusi ilə də gömrükdən keçirilən mühsullardan gələn gəlirin vergisi, bir sıra qurumlardan gələn cərimələr yoxsul vətəndaşları çıxılmaz vəziyyətə salır.
Dələduzluqla məşğul olan bu şəxslər vətəndaşlara iş verəcəkləri yaxud onları hansısa müəssəyə inzibatçı vəzifəsinə təyin edəcəkləri vədi verməklə onların adlarından istifadə edib, külli miqdarda qazanc əldə edərək, bu qazancın bütün vergi və cərimələrini həmin qurban seçdikləri şəxsə saxlayırlar, vergi tələsinə salırlar.
Hüquqi prizmadan baxıldıqda, vətəndaş özü etibarnamə verməklə bu sənədə imza atmış olur və qanun pozuntusu üzdən görsənmir. Lakin, vətəndaşa nə ediləcəyi barədə dəqiq məlumat verilmir və onun etibarından sui istifadə edilir.
Bu dələduzluq əməlləri artıq yüzlərlə insanı böyük məbləğlərdə dövlətə borclu qalmasına səbəb olur və artıq həyəcan təbilinin çalınması şərtdir.
Oxuyucuların da bu tələlərə düşməmələri üçün bir neçə dələduzların adlarını və onlar haqqında məlumatları sizə təqdim edirik. Bu şəxslərin adları və digər məlumatları, sənədlər, məhkəmə qərarları və sair tədricən bu məqaləyə əlavə ediləcək.
Təhlükəsizlik zəmnindən şikayət edən şəxslərin adları istintaqa qədər qeyd edilməyəcək.
Dələduzluqda şikayət edilən şəxslər:
1. Rüstəmov Rövşən Teymur oğlu (Xətai Rayonu qeydiyyatlı) (Şəkildə olan şəxs)
2. Hüseynov Nəsimi Yaqub oğlu (Sumqayıt Şəhəri qeydiyyatlı)
*** 24.01.2024 – 1:30 ***
Dələduzlar mediada ifşa olunduqdan dərhal sonra, dələduzların qurbanı olan şikayətçi Səmid Baxşiyev Sabunçu rayon ərazisində oğurlanmışdır.
Bütün hüquq-mühafizə və təhlükəsizlik orqanları ilə əlaqə saxlanılsada, heç bir məlumat verilməmişdir. Hal-hazırda da şəxsin dövlət orqanları tərəfindən saxlanıldığı və ya quldurlar tərəfindən oğurlandığı bəlli deyil.
*** 24.01.2024 – 20:30 ***
Səmid Baxşiyev hal-hazırda Sabunçu rayonunun 13-cü Polis Bölməsindədir və narkotik maddə istifadəçisi adı ilə saxlanılır və işi 25 yanvar tarixində məhkəmədə baxılacağı bildirilir.
*** 25.01.2024 – 19:20 ***
Sabunçu rayon məhkəməsində Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə Səmid Baxşiyev 200 manat məbləğində cərimə edildi. Qərardan apellyasiya şikayəti olunacağı bildirilir.