“WhatsApp” messencerinin istifadəçi müqaviləsinə əlavə olunmuş yeni bəndə görə istifadəçi öz şəxsi məlumatlarını “Facebook” şirkətinə təqdim etməlidir.
Yenicag.az xəbər verir ki, yeni bəndə görə “Facebook” şirkətinin bir parçası olan “WhatsApp” öz istifadəçilərinin zövqlərini, vərdişlərini təhlil etmək üçün onların şəxsi məlumatlarını şirkətin “bütün əlavələr ailəsi”lə paylaşacaq. Belə ki, həmin məlumatların hər istifadəçi üçün fərdi reklam zərfi seçmək, ona ən uyğun xidmətlər göstərmək üçün zəruri olduğu bildirilir.
Şəxsi məlumatlar arasında istifadəçinin yerləşdiyi ərazi, “ailə”yə aid yüklədiyi və ya sildiyi proqramlar, sosial şəbəkələrdəki iştirakı əhəmiyyət kəsb edir.
www.yenicag.az