Diqqət: Krediti gecikdirənləri banklar sıxa bilməyəcək – Video

Diqqət: Krediti gecikdirənləri banklar sıxa bilməyəcək – Video

Kreditin gecikdirilməsinə görə yeni qaydalar müəyyən edilir.

AzerTimes Xəzər TV-yə istinadən xəbər verir ki, millət vəkili Vüqar İsgəndərov kreditlərin qaytarılmasında müəyyən problemlər yaşandığını, ödəniş müddətində gecikmə qeydə alındığını bildirib. Bu zaman isə kredit üzrə əlavə faizlərin, başqa sözlə, cərimənin ödənilməsi qaçılmaz olur. Ona görə də qanunvericiliyə dəyişiklik edilir.

Dəyişikliyə əsasən, borclunun pul məbləğini ödəməsini gecikdirməsinə görə kreditorun tələb edə biləcəyi məbləğ məhdudlaşdırılır. Başqa sözlə, bankın müştərini sıxışdırmasına imkan verilməyəcək.

Millət vəkili deyib ki, dəyişiklik bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin keçirilən iclasında müzakirə edilib:

“Dəyişikliklər bu sahədəki problemləri aradan qaldırmağa istiqamətlənib”.

Teqlər: