Diqqət! Bu yeməklərə duz qatmayın…

Diqqət! Bu yeməklərə duz qatmayın…

Mütəxəssislər tomat pastası olan yeməklərə duz əlavə edilməməsi barədə xəbərdarlıq edirlər.

AzerTimes Medicina.az-a istinadən xəbər verir ki, tomat pastası yeməklərin əvəzolunmaz hissəsidir. Həm rəng, həm də dad verən tomat pastası növləri bir çox reseptə daxildir.

Bununla belə, tomat pastasından istifadə edərkən diqqətli olmaq lazımdır.

Türkiyəli mütəxəssis Hüseyn Sarıkaya tomat pastası istehsalında istifadə edilən çox miqdarda duzun sağlamlığı ciddi şəkildə təhdid etdiyini söyləyib. Sarıkaya bildirib ki, tərkibində tomat pastası olan yeməklərə heç vaxt duz əlavə edilməməli və miqdarına maksimum diqqət yetirilməlidir:

“Gündəlik duz miqdarı 5 qramı keçməməlidir. Tomat pastasının hazırlanmasında istifadə edilən duz sağlamlığı ciddi şəkildə təhdid edir. Ürək və təzyiq xəstələri, damar xəstəlikləri olanlar, ağciyər və böyrək xəstələri, pəhriz saxlayanlar diqqətli olmalıdırlar”.

Teqlər: