Toronto Universitetinin alimləri inək südünü əvəz edən daha faydalı südü xəstələrə tövsiyə edib.
AzerTimes Medicina.az-a istinadən xəbər verir ki, alimlər bununla bağlı təcrübə aparıblar.
Alimlər inək südünün təzyiqi qaldırdığını sübut edib və onu soya südü ilə əvəz etməyi məsləhət görüb.
Belə ki, tədqiqatda iştirakçılara 2 həftə inək südü, 2 həftə soya südü veriblər. Nəticələr göstərib ki, soya südü qanda iltihab və xolesterini salıb, nəticədə təzyiq xəstələri özünü daha yaxşı hiss edib.