Xarici dövlətlərdə əldə edilmiş kvalifikasiyaların tanınması üçün elekron müraciət sisteminin daha effektiv işləməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə sözügedən sistemdə mütəmadi olaraq texniki işlər aparılır.
Bu barədə AzerTimes-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, elektron müraciət sistemi vasitəsilə yeni ərizələrin qəbulu 15.08.2024-cü il tarixindən 01.09.2024-cü il tarixinədək dayandırılır.