Gürcüstan Xarici İşlər Nazirliyinin diplomatlarına qarşı təzyiq kampaniyası aparılır ki, bu da qəbuledilməz və yolverilməzdir.
AzerTimes xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər naziri Maka Boçorişvili nazirliyin kollektivi ilə görüşdə söyləyib.
XİN-in mətbuat xidmətinin məlumatında deyilir ki, nazir rəhbərlik etdiyi qurumun gələcək fəaliyyətinin prioritetlərini müzakirə edib.
M.Boçorişvili qeyd edib ki, Xarici İşlər Nazirliyi vahid səylə konstitusiya ilə müəyyən edilmiş məqsədlərin həyata keçirilməsini və milli maraqların qorunmasını davam etdirir.
Bildirilib ki, Gürcüstan Xarici İşlər Nazirliyi ölkənin diplomatik xidmətinə edilən təzyiqlərii və təxribat çağırışlarını pisləyir. Suveren dövlətin təsisatlarının fəaliyyətinə müdaxilə cəhdləri yolverilməzdir.