Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) diplomatik xidmət orqanlarının yaradılması münasibətilə təbrik paylaşıb.
AzerTimes xəbər verir ki, Azərbaycan XİN bu münasibətlə Tvitterdə paylaşım edib.
“Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasının 103-cü ildönümü münasibətilə xarici siyasət sahəsində fəaliyyət göstərən bütün həmkarlarımızı ürəkdən təbrik edirik. Peşə Bayramı Günümüz Mübarək!”, – Azərbaycanın Xarici İşlər Nazirliyinin tviter paylaşımında qeyd olunub.