Bakıda Azərbaycan diplomatik xidmət orqanlarının rəhbərlərinin iclası keçirilir.
AzerTimes xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Tvitter hesabında paylaşım edilib.
Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun Bayramov, ADA Universitetinin rektoru Hafiz Paşayev iştirak edirlər.