Diplomatik korpusun Şuşa şəhərinə səfəri başa çatıb (FOTO)

Diplomatik korpusun nümayəndələrinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəri başa çatıb.

Trend-in məlumatına görə, bu barədə Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” səhifəsində yazıb.

H.Hacıyev bildirib: “Diplomatik korpuslarla Azərbaycanın mədəniyyət paytaxtı, gözəl Şuşaya səfərimizi başa vurduq. Səfirlər dağıdılmış mədəniyyət abidələri barədə yerindəcə ilk mənbədən məlumat aldılar və bərpa, qoruma planlarına dair qeydlər apardılar.

Ziyarətdə iştirak edənlərə təşəkkür edirik”.

Qeyd edək ki, 09.07.2021-ci il tarixdə diplomatik korpus nümayəndələrinin Şuşa şəhərinə səfəri təşkil edilmişdi.

Teqlər: