Diplomatik korpus nümayəndələri Zəngilanda ermənilər tərəfindən dağıdılan məscidi ziyarət ediblər (VİDEO)

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov və digər rəsmi şəxslər ilə birlikdə işğaldan azad edilmiş Zəngilan şəhərində ermənilər tərəfindən dağıdılmış məscidlə tanış olublar.

AzerTimes-ın məlumatına görə, H.Hacıyev məscidin tarixindən və bu torpaqların Ermənistan tərəfindən işğalı zamanı necə dağıldığından danışıb, ermənilərin donuz, at və digər ev heyvanlarını saxlamaq üçün dini obyektlərindən istifadə etdiklərini vurğulayıb.

Prezident köməkçisi qeyd edib ki, işğal müddətində ermənilər burada qanunsuz məskunlaşma keçirmək üçün əcnəbiləri Zəngilana gətirdilər ki, bu da hərbi cinayətlərdən biridir.

H.Hacıyev dağıdılmış ərazilərin bərpasına artıq başlanıldığını və burada bərpa prosesində ağıllı şəhərlər konsepsiyasının tətbiq ediləcəyini söylədi. Prezident köməkçisi əlavə edib ki, Azərbaycan üçün xoş olar ki, xarici tərəfdaşları bu prosesdə iştirak etsinlər.

Teqlər: