Dini separatizmə göz yummayacağam – Tokayev

Dini separatizmə göz yummayacağam – Tokayev

Qazaxıstan radikal dini cərəyanlara və dini separatizmə heç vaxt göz yummayacaq.

AzerTimes xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib.

“Qazaxıstan dünyəvi dövlətdir. Konstitusiyamız dini etiqad azadlığına təminat verir. Lakin dünyəvi və tolerant ölkə olmaq müxtəlif radikal cərəyanlara, dini separatizmə göz yummaq demək deyil. Biz heç vaxt ölkənin təhlükəsizliyini və bütövlüyünü təhlükəyə atmayacağıq”, – o bildirib.

Tokayev qeyd edib ki, əcdadları uzun əsrlər boyu şəriət normalarını milli həyat tərzi ilə ahəngdar şəkildə birləşdirən İslama etiqad ediblər:

“İslam dininin dəyərləri millətin birliyinin möhkəmlənməsinə töhfə verir. Bizim borcumuz əcdadlarımızın adət-ənənələrini qorumaq və onlara hörmət etməkdir. Bu kontekstdə gənclərimizə düzgün istiqamət vermək çox vacibdir”.

Teqlər: