Xəbər - Elçin Mehdiyev – Trend:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri vəzifəsinin icrası müvəqqəti olaraq Amil Cavadova həvalə edilib.
AzerTimes-ın məlumatına görə, bununla bağlı komitə sədri Mübariz Qurbanlı əmr imzalayıb.
A.Cavadov Komitənin ümumi şöbəsinin müdiridir.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Alim Süleymanov koronavirusdan vəfat edib.