Xəbər - Elçin Mehdiyev – Trend:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ibadət yerlərində pandemiya qaydalarına əməl olunması ilə bağlı keçirilən monitorinqlərin nəticəsini açıqlayıb.
AzerTimes-ın sorğusuna cavab olaraq komitədən bildirilib ki, 2020-ci ilin mart ayından koronavirus infeksiyasının qarşısının alınması məqsədilə kütləvi tədbirlər, o cümlədən qapalı məkanlardakı dini ayinlərin icrası məhdudlşadılıb.
Həmin tarixdən ertibarən Dövlət Komitəsi Qafqaz Müsəlmanları idarəsi və digər qurumlarla birgə Azərbaycan Respublikası Nazirlər Kabinetinin pandemiya ilə bağlı qərarlarının icrasına nəzarət etməklə bağlı müzakirələr aparıb, monitorinqlər təşkil edib və maarifləndirmə işi həyat keçirib.
Aparılmış monitorinqlər nəticəsində ibadət evlərində nadir hallarda NK-nin qərarlarının pozulduğu müşhidə edilib ki, onlar haqqında qanunvericilik çərçivəsində tədbirlər həyat keçrilib.
Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli Qərarına əsasən iyun ayının 10-dan ibadət evlərinin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilib və bununla bağlı qaydalar elan olunub. Həmin Qərardan sonra məscidlərin fəaliyyətinin qaydalara uyğunlaşdırılmasını yoxlamaq məqsədilə zəruri işlər görülüb, çatışmazlıqların aradan qaldırılması barədə tövsiyələr verilib, həmçinin monitorinqlər təşkil olunub.
Bugünədək keçirilmiş monitorinqlərdə məscidlər və digər ibadət evlərində COVİD-19 pandemiyası ilə bağlı qaydalara ümumən riayət olunduğu müşahidə edilib. Dini icmalar tərəfindən ibadət evləri mütəmadi olaraq dizinfeksiya edilir. Həmçinin, onlar tərəfindən say məsələsinə, maska və məsafə ilə bağlı protokollara riayət olunmasına nəzarət olunur. Nadir hallarda pozuntular qeyd alınıb ki, onların bəziləri barədə qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər həyata keçirilib.