Dini klip çəkilən məktəbin rəhbərliyi cəzalandırılıb – Nazir

Xəbər - Çingiz Səfərli – Trend:

Təhsil naziri Emin Əmrullayev məkdəbdə dini klip çəkilməsi məsələsinə münasibət bildirib.

AzerTimes-ın məlumatına görə, nazir keçirdiyi brifinqdə bilidirib ki, klipin harada çəkildiyi müəyyənləşdirilib.

“Məktəb siyasi və dini mesajların verilməsi üçün yer olmamalıdır. İnsanlar istənilən mövzuda klip çəkdirə bilərlər, lakin bunun məktəb divarları arasında çəkilməsi bizim mövqeyimizə ziddir.

Hesab edirəm ki, valideynlər də bu prosesdə iştirak ediblər. Uşaqlarını həvəslə geyindirib göndərmişdilər. Amma bu, qeyri-qanunidir. Həmin məktəbin rəhbərliyi inzibati qaydada cəzalandırılıb”, – nazir deyib.

Teqlər: