Dinc sakinlər ölsə də, bunu edəcəyik – İsrail

Dinc sakinlər ölsə də, bunu edəcəyik – İsrail

İsrail ordusu girovların xilas edilməsi üçün Qəzzada daha bir əməliyyat keçirə bilər.

AzerTimes xəbər verir ki, bu barədə İsrail ordusunun nümayəndəsi Piter Lerner deyib.

“Ötən gün baş tutan əməliyyata bənzər daha bir xilasedilmə əməliyyatı baş tuta bilər. Mülki insanlar arasında nə qədər itkinin olmasından asılı olmayaraq”, – deyə Lerner bildirib.

Qeyd edək ki, ötən gün İsrail ordusu 4 girovu HƏMAS əsirliyindən azad edib.

Teqlər: