Edam və repressiyaların Allahın qəzəbindən, xalqın nifrətindən və millətin qəzəb odunun alovlanmasından başqa heç bir nəticəsi yoxdur.
AzerTimes xəbər verir ki, bu sözləri Sistan və Bəlucistanın sünni məzhəbli cümə imamı Mövləvi Əbdülhəmid Tvitter hesabında yazıb.
“Hökumətdən faktlara baxmağı və xalqın fəryadını eşitməyi xahiş edirəm”.
Qeyd edək ki, Mövləvi Əbdül Həmid Möhsün Şikarinin edamı haqda danışarkən “Yalnız yolu bağlayan və bıçlaqlanan birinin Quran və şəriət baxımından edamı düzgün deyil” demişdi.