“Din və Cəza” Qazaxıstanda işıq üzü gördü

“Din və Cəza” Qazaxıstanda işıq üzü gördü

Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, Rusiya Elmlər Akademiyasının akademiki, professor İlham Rəhimovun “Din və cəza” əsəri qazax dilinə tərcümə olunaraq işıq üzü görüb.

AzerTimes xəbər verir ki, kitabın bir nüsxəsi müəllifin özünə göndərilib

Qeyd edək ki, “Din və cəza” əsərində dünya dinlərində cinayət və cəza institutunun tədqiqat məsələləri işıqlandırılıb. Həmçinin müəllif dünya dinlərinin ən görkəmli nümayəndələrinin cəza probleminə olan müxtəlif yanaşma və baxışlarını da araşdıraraq əsərində əks etdirib.

Kitab tələbələr, doktorantlar, hüquq ixtisası üzrə ali məktəb müəllimləri, filosoflar, dini konfessiya nümayəndələri, eləcə də cəza problemləri ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Onu da bildirək ki, professor İlham Rəhimov “Din və cəza” (2020) əsəri ilə yanaşı “Cinayətkarlıq və cəza” (2012), “Cinayət və cəzanın fəlsəfəsi” (2013), “Cəzanın əxlaqiliyi haqqında” (2016), “Ölməz ölüm cəzası” (2018) adlı kitabların müəllifidir.

Onun əsərləri indiyədək dünyanın bir çox dillərinə – rus, türk, ingilis, Çin, alman, yəhudi, italyan, qazax, bolqar, qırğız və fars dillərinə tərcümə olunub.

Teqlər: