DİN və ADRA antinarkotik təbliğatın səmərəsinin artırılması üçün birgə fəaliyyətə başlayıb

Əhalinin müxtəlif təbəqələri arasında antinarkotik təbliğat işinin səmərəsinin artırılması məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) birgə fəaliyyətə başlayıb.

DİN-in mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, birgə fəaliyyətin əsas istiqaməti antinarkotik təbliğatın və ictimai maarifləndirmənin daha da gücləndirilməsi ilə yanaşı narkotiklərin zərərlərini özündə əks etdirən sosial reklamların geniş kütləyə çatdırılmasını təmin etməkdir.


Teqlər: