Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi rəsmi “Facebook” səhifəsində Türkiyə Polis Təşkilatının yaranmasının
177-ci ildönümü münasibətilə paylaşım edib.
AzerTimes-ın məlumatına görə, paylaşımda deyilir:
“Türkiyə Polis Təşkilatının yaranmasının 177-ci ildönümü
münasibətilə Türkiyə Polisinin əməkdaşlarını ürəkdən təbrik
edirik.
Bu gün Türkiyə polisi xalqına və dövlətinə ləyaqətlə xidmət
edir, insanların təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanır,
cinayətkarlığa qarşı barışmaz mübarizə aparır.
Biz Türkiyə polisinin bütün nailiyyətlərinə öz uğurlarımız qədər
sevinirik.
Əlamətdar gündə Türk Polis Təşkilatının hər bir əməkdaşına ən
xoş arzularımızı yetirir, qardaş Türkiyə xalqına daim rifah və
əmin-amanlıq diləyirik”.