Xəbər - Samir Əli – Trend:
Daxili İşlər Nazirliyinin Mətbuat xidməti sosial şəbəkələrdə nazirliyin rəsmi “Facebook” səhifəsinin adından vətəndaşa kobud rəy yazılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Nazirliyin Mətbuat xidmətindən AzerTimes-a bildirilib ki, sosial şəbəkələrdə yayılan foto həqiqəti əks etdirmir:
“Bu fotoda yazılan həmin rəy montajdır, səhifədə bu cür rəy yazılmayıb”.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin rəsmi “facebook” səhifəsində foto paylaşılıb. Həmin fotonun şərh bölməsində vətəndaşa “bir öz vidinə bax, sonra nəsə yaz” sözləri yazılmış foto sosial şəbəkələrdə müzakirəyə səbəb olub.