Xəbər - Samir Əli – Trend:
Daxili İşlər Nazirliyi AMEA prezidenti Katibliyinin rəisi Eldar
Əmirovun saxlanılmasına münasibət bildirib.
DİN Mətbuat xidmətinin rəisi polis polkvniki Ehsan Zahidov
AzerTimes-ın sorğsuna cavab olaraq bildirib ki, o Daxili İşlər
Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə
İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
“Eldar Əmirov DİN-ə daxil olmuş bir məlumatın araşdırılması
məqsədi ilə saxlanılıb. Hazırda araşdırmalar davam etdirilir.
Araşdırmanın nəticəsindən asılı olaraq qanunamüvafiq tədbir
görüləcək”, -deyə E. Zahidov bildirib.