DİN QHT nümayəndələrini təltif etdi – Foto

DİN QHT nümayəndələrini təltif etdi – Foto

Dekabrın 17-də DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyasının nümayəndələri ilə görüş keçirilib.

AzerTimes xəbər verir ki, Baş İdarənin rəisi, polis general-mayoru Həzi Aslanov daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun salamlarını tədbir iştirakçılarına çatdıraraq insan alverinə qarşı mübarizənin yüksək səviyyədə aparılması üçün çox ciddi vəzifələrin qarşıya qoyulduğunu bildirib.

H.Aslanov Baş İdarənin 2021-ci il ərzində gördüyü işlər barədə məlumat verib. Qeyd olunub ki, il ərzində həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlər nəticəsində insan alveri ilə bağlı 156, məcburi əməklə bağlı 3, insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 43 cinayət qeydə alınıb ki, bu cinayətlərin açılması 98 faiz təmin olunub.

O, 2020-2024-cü ili əhatə edən Milli Fəaliyyət planı haqqında danışaraq qeyd edib ki, əvvəlki illərdə olduğu kimi bu fəaliyyət planında da Baş İdarənin maarifləndirmə işlərində QHT-lərlə geniş əməkdaşlıq edilib, eyni zamanda ötən dövrlərdə olduğu kimi DİN-in rəhbərliyinin QHT Koalisiyasının üzvlərinə göstərmiş olduğu diqqət və qayğı növbəti illərdə davam edəcəkdir.

İclasda Koalisya üzvləri çıxış edərək dövlətimizin insan alverinə qarşı mübarizə sahəsində apardığı fəaliyyətin əhəmiyyətindən danışaraq məmnunluqla qeyd ediblər ki, bu gün DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi ilə QHT Koalisiyası arasında olan əməkdaşlıq yüksək səviyyədədir.

İnsan alveri ilə bağlı ictimaiyyətin maarifləndirilməsi, insan alveri qurbanları üçün xüsusi müəssisələrin fəaliyyətinin təşkil edilməsi və insan alveri qurbanlarının reabilitasiyası işlərində fəal iştirak etdiklərinə görə Koalisiyasının nümayəndələrinə diplomlar və mükafatlar təqdim olunub.

Teqlər: