DİN Qazaxdakı dava barədə məlumat yaydı

Xəbər - Samir Əli – Trend:

Daxili İşlər Nazirliyi Qazaxda baş verən dava ilə bağlı məlumat yayıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov AzerTimes-a açıqlamasında bildirib ki, mart ayının 3-də Qazax Rayon Polis Şöbəsinə (RPŞ) Ağstafa rayon Qırlı kənd sakinləri – Tərxan Abbasov, Arif Novruzov və Qazax rayon sakinlər Rəhim Əhmədli və atası Yasin Əhmədovun dava nəticəsində müxtəlif dərəcəli xəsarət almaları barədə məlumat daxil olub.

RPŞ-nin əməkdaşları dərhal hadisə yerinə gələrək müəyyən araşdırmalar aparıb, xəsarət alanlar və hadisə şahidlərinin izahatı alınıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, Qazax rayon Ağköynək kəndində fəaliyyət göstərən “Saloğlu Fərdi Firmasında” mühafizəçi işləyən Rəhim Əhmədli avtostansiyada müştəri toplamaq üçün dayanan mikroavtobus və və taksi sürücülərindən qanunsuz pul tələb edib və nəticədə mübahisə yaranıb.

Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir, sosial şəbəkə və bəzi xəbər saytlarında sürücülərin digər iddiaları barədə aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Teqlər: