DİN: Qadınların Polis Akademiyasına qəbulu dayandırılıb

Daxili İşlər Nazirliyi (DİN) bir sıra KİV-lərdə və sosial
şəbəkələrdəki səhifələrdə qadın vətəndaşlarımızın Polis
Akademiyasına, o cümlədən polis orqanlarında xidmətə qəbulunun
dayandırılması ilə bağlı səslənən iddialara cavab verib.

Nazirliyin mətbuat xidmətinin bölmə rəisi, baş leytenant Zeyni
Hüseynov AzerTimes-a bildirib ki, hazırda daxili işlər orqanlarında
qadın əməkdaşlar kişilərlə birlikdə çiyin-çiyinə xidmət
aparırlar:

“Qadın paqondaşlarımızın böyük bir qismi Daxili Qoşunlarda,
Əlahiddə Çevik Polis Alayında, istintaq, təhqiqat, kadrlar və
yetkinlik yaşına çatmayanlarla iş, pasport-qeydiyyat,
informasiya-kommunikasiya, statistika, mətbuat, beynəlxalq
əməkdaşlıq, maliyyə, tibb, təhsil sahələrində, “102” və “Təhlükəsiz
Şəhər” qurumlarında, “ASAN xidmət” mərkəzlərində fəaliyyət
göstərir, kişi həmkarları ilə bərabər cinayətkarlığa qarşı
mübarizə, asayişin və təhlükəsizliyin qorunması kimi mühüm
vəzifələri layiqincə yerinə yetirirlər”.

Nazirlik nümayəndəsi həmçinin qeyd edib ki, hazırda qadın
vətəndaşların Polis Akademiyasına qəbulu dayandırılıb:

“Amma bu o demək deyil ki, qadın vətəndaşlarımız polis
sıralarına qoşula bilməz. Qadın vətəndaşlarımız digər yerli ali
təhsil müəssisələrini hüquq ixtisası üzrə bitirib polis
orqanlarında xidmətə qəbul ola bilərlər”.

Teqlər: