DİN polisin maska tələbini inkar edən şəxslə bağlı məlumat yayıb (FOTO)

Paytaxtın iri ticarət mərkəzlərindən birində polisin maska
tələbi ilə bağlı qanuni müdaxiləsini inkar edərək, maska taxdığını
iddia edən, polisi çəkməklə onun guya qanunuz hərəkətlərini
ictimailəşdirən şəxsin kimliyi müəyyən olunub.

Trend xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN)
Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi,
polis mayoru Elşad Hacıyev bildirib.

Araşdırmalarla məlum olub ki, 1995-cil il təvəllüdlü Əşrəfli
Əşrəfin iddiları tam əsassızdır. Araşdırmalar davam etdirilir.

Teqlər: