Daxili İşlər Nazirliyi (DİN) Hacıqabul rayonunda polis
əməkdaşının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətindən AzerTimes-a verilən məlumata görə, martın
20-si saat 17 radələrində Hacıqabul rayonunun Ağacanlı kəndi
ərazisində Saməddin Yəhyayev idarə etdiyi “Hyundai” markalı
avtomobili aşırıb. Nəticədə sürücü aldığı xəsarətlərlə xəstəxanaya
yerləşdirilmiş və orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma
aparılır.
Qeyd edək ki, yol qəzasında ölən S.Yəhyayev Şirvan Şəhər Polis
Şöbəsinin əməkdaşı olub.