Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məktəblərdə “patı” adlandırılan narkotik vasitənin olması barədə iddialara cavab verib.
Trend xəbər verir ki, Elşad Hacıyev bu barədə konkret fakt olmadığını vurğulayıb.
“Konkret fakt verən yoxdur. Danışırlar, yazırlar ki, məktəbdə “patı” var, “patı” satırlar. Polis münəccimlik etməlidir? Faktsız olan bütün iddialar əsassızdır.
Məktəbi, təhsili, müəllimi qorumaq hər bir vətəndaşın təməl vəzifəsidir”, – deyə DİN rəsmisi əlavə edib.