DİN maska ilə bağlı vətəndaşlara müraciət edib

Paytaxtda koronavirus (COVID-19) infeksiyasının yayılmasının
qarşısının alınması məqsədilə infeksiya riski yüksək olan
ünvanlarda, ictimai nəqliyyatda – metropolitenində, avtobuslardavə
piyada keçidlərində, nəzarət-profilaktik tədbirlər davam
etdirilir.

DİN-in Mətbuat Xidmətindən AzerTimes-a bildirilib ki, polis
tərəfindən metrostansiyalarda, piyada keçidlərindı, avtobuslarda
tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə etməyən
şəxslərlə profilaktik söhbətlər aparılır, əsassız bəhanələr
gətirən insanlara koronavirus infeksiyasının fəsadları və mövcud
sanitar-gigiyenik tələblər izah olunur.

“Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun
profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər
barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati
tənbeh tədbirləri tətbiq olunur.

Vətəndaşlardan bir daha xahiş edirik ki, infeksiyasının
yayılmasına imkan verməmək üçün karantin rejimi qaydalarına əməl
etsinlər, infeksiya riski olan yerlərdə özlərinin və digər
şəxslərin sağlamlıqlarına biganə yanaşmasınlar”, – məlumatda
deyilir.

Teqlər: