Dövlətçiliyimizin təhlükəsizliyinin qorunmasında Daxili İşlər Nazirliyinin rolu olduqca böyükdür.
AzerTimes xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.
O qeyd edib ki, ölkəmizdə uzun onilliklər kök salmış separatçı rejimin fəaliyyətinə son qoyulmasında və orada təhlükəsizliyin təmin olunmasında polis müstəsna xidmət göstərib:
“Milli Koordinatorun da fəaliyyəti yüksək qiymətləndirilir. Beynəlxalq təşkilatlarla da münasibətlər lazımi səviyyədə qurulub”.